Onlar faşizmə qarşı vuruşublar

ONN media xəbər verir ki, mayın 3-də DİN-in Polis Akademiyasında «1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 73-cü ildönümü»nə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranı, təqaüddə olan polis polkovnik-leytenantı, hüquq elmləri namizədi Mehdi Mehdiyev, DİN-in Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və Şuranın sədr müavini, istefada olan polis polkovniki Ramiz Axundov iştirak etmişlər.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək II Dünya müharibəsinin tarixi, “9 may - Qələbə günü”nün Azərbaycan Respublikasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bayram kimi qeyd olunması, həmin müharibədə azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və igidliklər barədə şəxsi heyətə məlumat vermişdir.
Çıxış edən müharibə veteranı Mehdi Mehdiyev keçdiyi odlu-alovlu müharibə, eyni zamanda şərəfli ömür yolu haqda söhbətlər aparmış, öz təcrübələrinə əsaslanaraq gənc nəslə tövsiyyələrini vermişdir.
İctimai elmlər kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov ikinci dünya müharibəsində Azərbaycan xalqının qəhrəmanlığı barədə şəxsi heyətə ətraflı məlumat vermişdir.
Tədbirdə həmçinin DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov çıxış edərək respublika daxili işlər orqanları əməkdaşlarının Böyük Vətən Müharibəsinin ilk günlərindən səfərbər olaraq həm ön, həm arxa cəbhədə fədakarlıqlar göstərdiyini, müharibədə döyüşən 800 azərbaycanlı milis əməkdaşlarından 3 nəfərinin “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına, onlarla əməkdaşın orden və medallara layiq görüldüklərini bildirmişdir. Daha sonra onların iştirakı ilə müharibədən sonrakı illərdə ölkənin ictimai asayişin qorunmasında göstərdikləri qəhramanlıqlardan söhbət açmışdır.
Bundan sonra Akademiya rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev çıxış edərək həmin müharibədə xaricdə yaşayan soydaşlarımızın da iştirak etdiyini və faşizmə qarşı mübarizədə böyük şücəat göstərdiklərini bildirmişdir.
Sonda Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev gələn qonaqlara öz minnətdarlğını bildirmiş və gələcəkdə Akademiyada keçirilən tədbirlərdə veteranların yaxından iştirak etmələri və kursantlarla tövsiyyə xarakterli söhbətlərin aparmalarının vacibliyi vurğulanmışdır.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="34180" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]