Aparıcı ABŞ-da evləndi

Aparıcı ABŞ-da evləndi


ONN media xəbər verir ki, "CBC Sport"un aparıcısı Əzəmət Əhədzadə ABŞ-da evlənib.

Vüqar adlı iş adamı ilə ailə quran aparıcının toyu da ABŞ-da baş tutub.

Nyu-Yorkun Staten-Aylend bölgəsində təşkil olunan məclisdə cütlüyün yaxınları və dostları iştirak edib.

Qeyd edək ki, Əzəmət Əhədzadə 2015-ci ildən "CBC Sport"da yayımlanan "Biz nə yeyirik?" adlı proqramın aparıcısı idi. O, ötən ay evlənməsi səbəbilə işindən ayrılıb.

Geri qayıt