Əməliyyatda ad günün qeyd edən həkimlə bağlı açıqlama

Əməliyyatda ad günün qeyd edən həkimlə bağlı açıqlama
Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.
ONN media xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.
"Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz və yanan şamla daxil olaraq, həkimi doğum günü münasibətilə təbrik etdikləri video yayılıb
Geri qayıt