Hökümənin atasının pulunu oğurlayan şəxs saxlanıldı

Hökümənin atasının pulunu oğurlayan şəxs saxlanıldı
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə (Əliyev) məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
DİN-in Baş idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Geri qayıt