Küləkli hava ilə bağlı daha bir xəbərdarlıq

Fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.