Xocalıda minaya düşən Nağı İmanovun son durumu açıqlandı

Xocalıda minaya düşən Nağı İmanovun son durumu açıqlandı
Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.

Qeyd olunub ki, ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.
N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21 fevral saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Geri qayıt