Azərbaycanın iki rayonunda zəlzələ baş verdi

Azərbaycanın iki rayonunda zəlzələ baş verdi
İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 04:01-də Pirqulu stansiyasından 15 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 43 km dərinlikdə yerləşib.
Lerik rayonunda da 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda baş verən zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib
Geri qayıt