Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu fikirləri politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması haqda danışarkən deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin üçtərəfli əsasda imzalanması bölgə üçün əhəmiyyətli addım ola bilər:
“Sülh sazişinin imzalanması üçün ən uyğun məkan Türkiyə ola bilər. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə verdiyi müsahibədə Ankara ilə əlaqələrin bərpasında maraqlı olduğunu bildirib. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, eyni zamanda, Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasına şərait yaradacaq. Diplomatik münasibətlərin qurulması üçün Ankarada və ya İstanbulda üçtərəfli formatda müzakirələr aparmaq mümkündür”.
Politoloq bildirib ki, sülh prosesinin uğurla irəliləməsi fonunda sazişin bu il, hətta yaxın müddətdə imzalanması mümkün ola bilər.