Sabah ilin ilk günəş tutulması baş verəcək

Sabah ilin ilk günəş tutulması baş verəcək
Sabah ilin ilk Günəş tutulması baş verəcək.
ONN media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından bildirilib.
Məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.
Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq.
Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Geri qayıt