THY bu ölkəyə uçuşları dayandırdı

THY bu ölkəyə uçuşları dayandırdı
Türk Hava Yolları və Misir Hava Yolları təhlükəsizliklə əlaqədar olaraq Somali paytaxtına uçuşları müvəqqəti dayandırıb.
ONN media xəbər verir ki, bu barədə Somali xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.
Qeyd edək ki, aprelin 6-da səhər saatlarında Moqadişodakı "Aden Adde" beynəlxalq hava limanı minaatanlardan atəşə tutulub.
Məlumata görə, uçuş-enmə zolağında iki mərminin partlaması hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub.
Geri qayıt