Maşın bazarında etiraz edənlərə rəsmi cavab

Maşın bazarında etiraz edənlərə rəsmi cavab
Babək prospektində fəaliyyət göstərən "Maşın bazarı"nda sahibkarların şəxsi avtomobillərini ərazidə saxlaması müştərilər üçün narahatlıq yaradır.
ONN media xəbər verir ki, bunu Oxu.az-a bu gün maşın bazarında baş tutan etiraz aksiyasına münasibət bildirən obyektin nümayəndəsi İsa Məmmədov deyib.
O bildirib ki, problemin qarşısını almaq məqsədilə sahibkarlara avtomobillərini bazarın yaxınlığında yerləşən parkinqdə saxlamaları tövsiyə edilib:
"Sahibkarlara bildirmişik ki, şəxsi avtomobillərini bazar ərazisində deyil, 250 metr məsafədə yerləşən parkinqdə saxlasınlar. Burada heç bir etiraz olmayıb. Onlara izah etmişik ki, bu həm müştəri rahatlığı, həm də ümumi hərəkətə maneə yaranmaması baxımından vacibdir".
İsa Məmmədovun sözlərinə görə, bazar ərazisinə şəxsi avtomobillə daxil olmaq istəyən sahibkarlar üçün 5 manat ödəniş nəzərdə tutulub. Parkinqdə maşın saxlamaq isə daha münasib qiymətlərlə mümkündür.
Geri qayıt