Azərbaycan İsraildən yeni təyyarələr alır

ABŞ İxrac-İdxal Bankının (EXIM) Direktorlar Şurası daxili ixracı və bankın prioritetlərini dəstəkləmək üçün ümumi məbləği 350 milyon dollardan çox olan üç əməliyyatı təsdiqləyib.
ONN media xarici KİV-ə istinadla xəbər verir ki, ikinci və üçüncü sövdələşmələr Azərbaycanın “Silk Way West Airlines” aviaşirkətinə İsraildən təyyarələrin ixracını dəstəkləmək üçün 339 milyon dollardan çox kreditin verilməsini nəzərdə tutur.
Qeyd edilib ki, təyyarələrin 2026-cı ilin yazında təhvil veriləcəyi gözlənilir