Nazir bu rayonlarda sakinləri qəbul edəcək

Nazir bu rayonlarda sakinləri qəbul edəcək


ONN media xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il may ayının 26-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə və əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Geri qayıt