Bu avtobusların hərəkət istiqaməti dəyişdi

Bu avtobusların hərəkət istiqaməti dəyişdi
Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.
Bu barədə AYNA-dan bildirilib.
Avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.
Geri qayıt