Azərbaycanda 4 bal gücündə zəlzələ oldu

Şəki stansiyasından 6 km şərqdə, Şəki-Oğuz sərhəddində 4 maqnitudalı zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan xəbər verilib.
Bildirilib ki, yerli vaxtla 08:31-də qeydə alınan yeraltı təkan 17 km dərinlikdə baş verib.
Zəlzələ episentrdə 4 bala qədər hiss edilib.