Hava ilə bağlı növbəti xəbərdarlıq edildi

Hava ilə bağlı növbəti xəbərdarlıq edildi Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Geri qayıt