Meşədə itkin düşən şəhid atası tapıldı

Meşədə itkin düşən şəhid atası tapıldı
Şəhid atası meşədə itkin düşüb.
ONN media xəbər verir ki, hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayevin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
***
Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindın tapılaraq ailəsinə təhvil verilib.
Onun həyatı üçün təhlükə yoxdur
Geri qayıt