Qəbələyə getmək istəyənlərin NƏZƏRİNƏ

Qəbələyə getmək istəyənlərin NƏZƏRİNƏ
ADY yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

ONN media xəbər verir ki, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.
Belə ki, qatarlar
*saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə,
* saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.
Qəbələdə əsrarəngiz təbiətlə görüş üçün www.ady.az saytı, “ADY Mobile” tətbiqi və ya kassalardan bilet almağa tələsin
Geri qayıt