Növbəti köç karvanı Ballıcaya çatdı

Növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.
ONN media xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 8 ailə - 29 nəfər, Ballıca kəndinə isə 1 ailə - 5 nəfərin köçü həyata keçirilib.
Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə - yəni 811 nəfər köçürülüb.