Laçında açılan kanat yolu ilə bağlı açıqlama

Laçında açılan kanat yolu ilə bağlı açıqlama

Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq.

ONN media xəbər verir ki, bunu Trend-ə açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək:
"Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Hər kabin 10 nəfərlikdir. 8 kabin standart olaraq nəzərdə tutulub. Eyni zamanda 6 kabində velosipedlər, 3 kabində isə əlil arabaları üçün xüsusi yerlər olacaq. Kanat yolunda 8 dayanacaq mövcuddur, 3-ü terçonallar qarşısında, 5-i isə atalıq dayanacaqlardır. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir"
Geri qayıt