Ordumuza məxsus yük maşını aşdı

Ordumuza məxsus yük maşını aşdı
İyunun 2-də Bərdə rayonu Qaraməmmədli kəndi yaxınlığından keçən yolda Azərbaycan Ordusuna məxsus "Kamaz" markalı avtomobil aşıb.

ONN media xəbər verir ki, bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hadisə "Mersedes" markalı avtomobilin hərbi kolona daxil olması nəticəsində baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Geri qayıt