DİQQƏT- Buna görə cərimələnə bilərsiniz

DİQQƏT- Buna görə cərimələnə bilərsiniz
Türkiyədə Milli Avtomobil İdentifikasiyası Sistemi (UTTS) 1 iyul tarixindən etibarən məcburi olacaq.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, sözügedən tarixə qədər nəqliyyat vasitələrinə tanıma cihazı (TTB) quraşdırmayanlara 7 min lirədən (təxminən 300 manat) 140 min lirəyə (təxminən 6 min manat) qədər cərimə tətbiq ediləcək.
Yeni sistemlə, yanacaq alarkən nəqliyyat vasitəsinin nömrəsi avtomatik tanınacaq, məlumatlar birbaşa vergi sisteminə ötürüləcək. Sistemdən kənar edilən alışlar isə keçərsiz sayılacaq.
Qaydalar həm vergi nəzarətini gücləndirmək, həm də yanacaq sektorundakı qeyri-rəsmi dövriyyəni azaltmaq məqsədi daşıyır.
Son tarix olan 30 iyun 2025-ci ilə qədər qaydanı tətbiq etməyənlər həm cərimələnə, həm də vergi hüquqlarını itirə bilərlər
Geri qayıt