Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
ONN MEDİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 31-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Geri qayıt