Bakıda bu yol təmirə bağlanır

Bakıda bu yol təmirə bağlanır Bakının Yasamal rayonunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
ONN media xəbər verir ki, sabah saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.
Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Geri qayıt