Ulu öndərin xatirəsinə həsr olunmuş yarışlar davam edir

Ulu öndərin xatirəsinə həsr olunmuş yarışlar davam edir


Ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə açıq birinciliklərinin keçirilməsi davam edir.

DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynovun ONN media -ya verdiyi məlumata görə, bu sırada mayın 6-da İdman Cəmiyyətində cüdo üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edərək, bildirib ki, xalqımızın ümummilli lideri ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasında əlindən gələni əsirgəməyib. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırıblar. Ulu öndərimizin gənclərə bu diqqət və qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bu uğurların qazanılmasında daxili işlər orqanlarında xidmət edən bir çox əməkdaşların da payı var.

Daha sonra yarışlara start verilib.

Birincilikdə 3 yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə 140-a yaxın idmançı öz gücünü sınayıb.

DİN İdman Cəmiyyətinin cüdo bölməsinin baş məşqçisi Zaur Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.

Yarışları Z.Kərimov, E.Bağırov və E.Məmmədov idarə ediblər.

[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="34835" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]

Geri qayıt