Azərbaycan bu sahədə ilk ölkə olacaq

Azərbaycan bu sahədə ilk ölkə olacaq


"Azərbaycan səmt qazının yandırılmasını tam şəkildə dayandıran ilk ölkə olacaq".

 

ONN media xəbər verir ki, bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal Tərəfdaşlıq Təşkilatının rəhbər komitəsinin iclası zamanı deyib.

 

Rəfiqə Hüseynzadə bildirib ki, hər il 1 milyard kubmetrə yaxın səmt qazı toplanır. İl ərzində "Neft Daşları"ndan 280 mln., "Günəşli" yatağından 310 mln. və "Çıraq" yatağında 350 mln. kubmet qaz toplanaraq qaz təsərrüfatına istifadəyə yönəldilib. Bundan başqa, "Siyəzənneft" ərazisində 63 quyudan il ərzində 7 milyon kubmetr səmt qazının yığılaraq əhalinin istifadəsinə yönləndirilməsi nəzərdə tutulur.

 

Rəfiqə Hüseynzadə qeyd edib ki, ümumiyyətlə, dünya praktikasında qəbul olunmuş "şamda yandırılma əmsalı", yəni neftdən hasil edilən qazın havaya buraxılması 5 faiz olduğu halda, bu göstərici SOCAR-da 2 faizdən çox olmayıb.

 

Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan 4,5 mlrd. kubmetrə qədər səmt qazı platformalarda tutularaq ölkənin qaz təsərrüfatına verilib.

 

Hazırda 75-dən çox hökumət, neft şirkətləri və inkişaf institutları 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsünə qoşulub.

Geri qayıt