Güclü geomaqnit qasırğası olacaq

Güclü geomaqnit qasırğası olacaq
Həftənin ilk üç günü güclü geomaqnit qasırğası proqnozlaşdırılır.
ONN media bu barədə Şamaxı Astrofizika Rəsəsdxanasına istinadən xəbər verir.
Rəsədxananın məlumatına görə, 10 MeV-dən yuxarı enerji yüklü proton selinin 6 iyunda baş vermiş Tac Kütlə Atılmalarının (TKA) Yerə çatması ilə artacağı gözlənilir.
Günəş küləyinin də həmin TKA-nın təsiri nəticəsində 8–9 iyun tarixlərində normadan yüksək səviyyədə olacağı proqnozlaşdırılır.
Ardıcıl TKA-ların təsiri ilə 8–10 iyun tarixlərində güclü geomaqnit qasırğası gözlənilir.

Geri qayıt