ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama Azərbaycan Dəmir Yolları QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tiflis-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.
ONN media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tiflisdən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək:
"Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz
Geri qayıt