Bakının mərkəzində yol çökdü
Bakının Nəsimi rayonunun A.S.Puşkin küçəsində (Səməd Vurğun abidəsinin qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmənin yaxınlığı) yolun bir hissəsi çöküb.ONN media xəbər verir ki, nəticədə ərazidə böyük çuxur yaranıb.
Ərazi artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən hasara alınıb və yolun çökmüş hissəsində təmir işlərinə başlanılacaq
