Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı Bakıda və Abşeron yarımadasında iyunun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, səhər yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağışın güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq
Geri qayıt