Azərbaycanda Məhərrəm ayı başlayıb
Bu gündən – iyunun 16-dan Azərbaycanda hicri-qəməri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb.
ONN media xəbər verir ki, Məhərrəm ayı İslam aləmində müqəddəs aylardan biri hesab olunur və İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin xatirəsinin anıldığı matəm ayı kimi qeyd edilir.
Bu ayın ən mühüm günü sayılan Aşura günü bu il iyunun 25-nə təsadüf edir. Hicri təqvimi ilə 10 Məhərrəm olan həmin tarixdə İmam Hüseynin (ə) Kərbəla hadisəsində şəhid olduğu gün yad edilir.
Qeyd edək ki, 2026-cı ildə Məhərrəm ayı iyulun 14-də başa çatacaq.
