Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər

Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Mərdanov qardaşları küçəsində, 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında sürücülər üçün problem yaradan yol nişanlanmasından bəhs olunub.
Bildirilib ki, Mirqasımov küçəsinə yaxın hissədə mövcud üfüqi xətlənmə hər iki zolaqdan həm düz, həm də sola hərəkətə imkan verir. Bu isə sürücülər arasında çaşqınlıq yaradır və qəza riskini artırır.
Buraxılışda qeyd olunub ki, hərəkətin daha təhlükəsiz təşkili üçün zolaqlardan biri yalnız düz hərəkət, digəri isə yalnız sola dönüş üçün nəzərdə tutulmalıdır.

Geri qayıt