Azərbaycan - Ermənistan sərhədində nə baş verir?

Ermənistan Müdafiə Nazirliyi: Bu gecə erməni hərbi qulluqçuları Ermənistan-Azərbaycan sərhədlərini pozmağa cəhd edən altı xarici ölkə vətəndaşını saxlayıb
Ermənistanda Azərbaycan tərəfdən respublikanın ərazisinə qanunsuz yolla daxil olmağa cəhd edən əcnəbi vətəndaşlar saxlanılıb.
ONN media xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz "Facebook" səhifəsində yazıb.
"Bu gecə erməni hərbi qulluqçuları Ermənistan-Azərbaycan sərhədlərini pozmağa cəhd edən altı xarici ölkə vətəndaşını saxlayıb" — deyə Ovannisyan bildirib.
İnsidentin təfərrüatları məlum deyil. O barədə daha ətraflı sonra məlumat veriləcək.