Velosiped və skuter sürənlərin nəzərinə!

Velosiped və skuter sürənlərin nəzərinə!
Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan işıqforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
NİİM tərəfindən görülən işlər çərçivəsində paytaxtın Nəsimi və Yasamal rayonlarındakı svetoforlara quraşdırılan velosiped bölmələri yeni nəsil LED işıqlandırma ilə təchiz olunub.

Geri qayıt