“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
Son günlər “Bolt”da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələb edirlər.
Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında bildirib ki, müştəriyə şirkət tərəfindən güzəşt verilir.
“Güzəşt veriləndə müştəridə və sürücüdə məbləğ fərqli görünür. Lakin o qiymət fərqini sürücüyə şirkət verir. Biz sərnişinə güzəşt ediriksə, o məbləği sürücüyə özümüz ödəyirik”, - o bildirib.
N.Kazımovanın sözlərinə görə, ola bilsin ki, bəzi sürücülər bunu bilmir və yaxud qəsdən edirlər:
“Bu halla rastlaşan sərnişinlər şirkətə müraciət edə bilərlər”.

Geri qayıt