Bakıda güclü külək bu vaxt zəifləyəcək
Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti 28 iyul gündüz saatlarında tədricən mülayimləşəcək.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda küləyin maksimal sürəti 28 metr saniyəyə qədər yüksəlir.
Güclü şimal-qərb küləyi gün ərzində davam edəcək.
