Müdafiə naziri Türkiyəyə səfər edəcək

Müdafiə naziri Türkiyəyə səfər edəcək


ONN media xəbər verir ki, Azərbaycan Müdafiə naziri Türkiyəyə səfər edəcək.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.

Aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.

Geri qayıt