“Eurovision-2018”da bu 10 ölkə finala vəziqə qazanıb

Portuqaliyanın paytaxtı Lissabonda mayın 10-da “Eurovision-2018” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
ONN media xəbər verir ki, səhnəyə ilk olaraq Norveç təmsilçisi, “Eurovision-2009”-un qalibi Aleksandr Rıbak çıxaraq, özünün müəllifi olduğu “That"s How You Write a Song” mahnısını ifa edib və finala vəsiqə qazana bilib.
Ümumilikdə ikinci yarımfinalda 18 ölkə finala keçmək uğrunda yarışıb. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Norveç, Serbiya, Danimarka, Moldova, Niderland, Avstraliya, Macarıstan, İsveç, Sloveniya və Ukraynadır.