Bakıdakı marafonun qalibi kim oldu?

Bakıdakı marafonun qalibi kim oldu?


ONN media xəbər verir ki, finişə ilk çatan ukraynalı İqor Oletirenko (1990-cı il təvəllüd) olub.

İkinci yerin sahibi iranlı Məhəmməd Cəfərdir (1990). Türkiyəli Ömər Alkanoğlu (1991) isə ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Geri qayıt