Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər


Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.

ONN media xəbər verir ki, məlumatı Serbiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər. 

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.

Geri qayıt