Bu gecə ilk Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.
ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 3-dən 4-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədr gecəsi iyunun 5-dən 6-na, üçüncüsü 7-dən 8-nə keçən gecən qeyd olunacaq.
Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edəcək.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran”ın nazil olduğu gecədir. "Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.