Müdafiə naziri Zakir Həsənov Rusiyadadır

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gəlib.
Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, tədbirdə iştirak edən müdafiə nazirləri Tıvanın Aldan-Maadır milli muzeyini, "Asiyanın mərkəzi" adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.