Bakının mәrkәzindә pandusların quraşdırılması işləri yekunlaşır

Bakının mәrkәzindә pandusların quraşdırılması işləri yekunlaşır


Bakının mərkəzi küçələrində pandusların quraşdırılması işləri yekunlaşmaq üzrədir.

ONN media xәbәr verir ki, bunu "Nəqliyyat, tranzit və logistika" adlı 16-cı Xəzər beynəlxalq sərgisinə həsr olunmuş mətbuat konfransı zamanı Bakı Nəqliyyat Agentliyinin İctmaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, pandusların quraşdırılması Bakının mərkəzi küçələrində aparılırdı:

“Panduslar artıq 950 məntəqədə quraşdırılıb. Bu sahədə işlər demək olar ki, başa çatıb”.

Qeyd edək ki, Bakıda iyunun 11-dən 13-dək keçiriləcək "Nəqliyyat, tranzit və logistika" adlı 16-cı Xəzər beynəlxalq sərgisində 15 ölkədən 85 şirkət iştirak edəcək.

Geri qayıt