Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq


15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.

ONN media xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov əmr imzalayıb.

Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

Geri qayıt