Bunun dünyada analoqu mövcud deyil - Allahşükür Paşazadə

Bunun dünyada analoqu mövcud deyil - Allahşükür Paşazadə


ONN media xəbər verir ki, bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə media nümayəndələrinə verdiyi açıqlamada Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyinin olmadığını  bildirib.

"Ramazan bayramının qədrini bilməliyik. Çox çətinliklər görmüşük, alimlərimiz repressiyalarla üzləşiblər, kitablarımız yandırılıb. Ancaq bu gün Quran artıq açıq şəkildə çap olunur, məscidlər tikilir. SSRİ dövründə 17 məscid olduğu halda, Azərbaycanda bu gün 2 mindən çox məscid var.

Eyni zamanda QMİ sədri bundan əlavə ölkədə sinaqoqların və kilsələrin fəaliyyət göstərdiyini, dövlət tərəfindən dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılır. Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Bunun dünyada analoqu mövcud deyil. Biz iki məzhəbin nümayəndələri bir yerdə namaz qılırıq, ibadət edirik. Bu da ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasından irəli gəlir. Bu cür şəraiti yaratdığına görə, Prezident İlham Əliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk. Bu gün paytaxtın bir sıra məscidlərində, o cümlədən Qubada, Göyçayda vəhdət namazları qılınır. Bu da xalqımızın qanında, genində olan birlik, bərabərlik istəyindən irəli gəlir" - deyə şeyx bildirib. 

Geri qayıt