Çox maaş alan müəllimlərin sayı açıqlandı

Çox maaş alan müəllimlərin sayı açıqlandı


Azərbaycanda müəllimlərin əməkhaqqı açıqlanıb.

ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev nazirliyin illik hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 2014-2017-ci illərdə Azərbaycanda 134 136 müəllim diaqnostik qiymətləndirmədən keçib: 

“Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat maaş alır”.

Şöbə müdiri qeyd edib ki, müəllimlərin 3,5 faizinin maaşı 900 manat və yuxarı əməkhaqqı alır.

Geri qayıt