Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR

Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR


Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.

ONN media xəbər verir ki, artıq bu gün saat 13:00-dan başlayaraq sərnişinlər metrodan istifadə edə biliblər.

Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.

Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.

Bu gün səhər "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sinaq rejimində çalışacaq.

Geri qayıt