İyul ayının 4-dən 5-dək nə baş verib? - DİN-in məlumatı

ONN media DİN Mətbuat Xidmətinə istinadən 2018-ci il iyul ayının 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı təqdim edir.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 12 nəfər xəsarət almışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılmışdır.