Bakı və Buxarest arasında birbaşa aviareys açılacaq?

Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reys açmağı planlaşdırır.
ONN media xəbər verir ki, bunu şirkətin baş direktoru Verner Volf deyib.
V.Volf bildirib ki, aviaşirkət 2018-ci ilin sonunadak Bakı, Odessa və Tbilisiyə birbaşa aviareyslər açmağı nəzərdə tutur və bununla əlaqədar yeni təyyarələrin alınması planlaşdırılır.
Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.