"Xarici qüvvələrin bu oyununa cavab veriləcək"

"Xarici qüvvələrin bu oyununa cavab veriləcək"


Gəncədə baş verənlər dövlətimizə qarşı məqsədli şəkildə həyata keçirilən aksiyadır. Bu, xalqımıza, dövlətçiliyimizə, stabilliyimizə qarşı yönəlmiş bir terror aktıdır.

ONN media xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib.

O bildirib ki, bu gün xalqımız dövlətimizin arxasındadır:

“Bizim güclü dövlətimiz var. Hüquq-mühafizə orqanlarımız bu hadisələrin öhdəsindən gəlməyə qadirdir. Belə təxribatlar Azərbaycan dövlətinə heç bir zərər vura bilməz. Xarici qüvvələrin bu oyununa da dövlətimiz cavab verəcək”.

Geri qayıt